AZ

İşğaldan azad olunmuş ərazilərdə həyat sürətlə bərpa olunur RƏY

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilana səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyat sürətlə bərpa olunur, Böyük Qayıdış uğurla davam etdirilir. Zəngilan artıq müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Səfər zamanı dövlətimizin başçısı sakinlərlə səmimi görüşərək onların yaşayış şəraiti, məşğulluq imkanları və sosial rifahı ilə maraqlanıb. Bu diqqət və qayğı, doğma torpaqlara qayıdan insanlar üçün böyük mənəvi dəstək və gələcəyə inam yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.

İctimai Birliyin sədri Prezident İlham Əliyevin Zəngilanda qəhrəman şəhid Samir Sarıyevin atasıyla görüşünü izləyəndə çox təsirləndiyini qeyd edib. Bildirib ki, dövlətimizin başçısı tərəfindən yaşlı şəhid atasına göstərilən qayğı və hörmət hər kəsi qürurlandırıb: “Prezidentin bu yanaşması bir daha göstərir ki, şəhidlərin valideynləri, ailə üzvləri hər zaman diqqətdə saxlanılmalıdır və hörmətlə qarşılanmalıdır. Biz bu gün üzərində qürurla gəzdiyimiz torpaqların azadlığı üçün şəhidlərimizə borcluyuq. Bu gün şəhid övlad verən atalar və analar mərd qəhrəman oğullar böyütdülər ki, onlar gözlərini belə qırpmadan Vətən üçün canlarından keçdilər. Biz inanırıq ki, Qarabağ torpaqları bundan sonra daha da inkişaf edəcək. Bu müqəddəs torpaqlarda həyata keçirilən bərpa və quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı gələcəyə böyük ümid yaradır. Bu torpaqlarda yüksələn hər yeni bina, çəkilən hər yol və yanan hər işıq Azərbaycanın gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini nümayiş etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr