“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni kadr təyinatı olub.
Bununla bağlı qurumun sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Natiq Rəsulzadə qurumun Yük daşımaları departamentinin rəis müavini vəzifəsinə gətirilib.
O, bundan əvvəl “Azərbaycan Dəmir Yolları”nın Marketinq və tarif siyasəti departamentinin müdir müavini və Biznes-analitika şöbəsinin müdiri vəzifələrində çalışıb.
“Azərbaycan Dəmir Yolları” QSC məlumatı təsdiqləyib./yenisabah
