ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran istənilən ssenariyə ya ABŞ ilə yenidən müharibəyə, ya da münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağa hazırdır.
Bakupost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
“Biz hər iki ssenariyə hazırıq: ya döyüş meydanına və müharibəyə qayıdacağıq, ya da danışıqlar masasına qayıdacağıq, danışıqlar aparacağıq və diplomatiya yolunu seçəcəyik. Bizim üçün fərqi yoxdur. Hər şey qarşı tərəfin nə seçməsindən asılıdır", - iranlı nazir bəyan edib.
Onu da qeyd edək ki, ABŞ rəsmiləri İranın münaqişənin mümkün həlli üçün 14 maddəlik planını rədd ediblər.
“Mehr”in verdiyi məlumata görə, ABŞ hökuməti İranın müharibəyə son qoymaq üçün yazılı təklifinə cavab verib. “Tehranın təkliflərini rədd etməklə, ABŞ şantaj mövqeyini bir daha təsdiqləyib",-nəşr yazıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.