AZ

Çin Lideri Si Cinpin ABŞ-yə səfər edəcək

Pekin, 15 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin payızda ABŞ-yə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, Prezident Donald Tramp Çinə dövlət səfəri zamanı ÇXR Lideri Si Cinpinlə görüşdə onu ölkəsinə səfərə dəvət edib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
33
6
azertag.az

7Mənbələr