AZ

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

Florida ştatındakı Palm-Biç Beynəlxalq Hava Limanı iyulun 9-dan etibarən ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq.

“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, hava limanının beynəlxalq “PBI” kodu dəyişdirilərək, “DJT” (Donald John Trump) təyin edilib. Qərarın verilməsində D.Trampın görüşlər keçirdiyi məşhur Mar-a-Lao iqamətgahının Floridada yerləşməsi mühüm rol oynayıb.

Donald Trampın adı, həmçinin ABŞ-nin bir sıra mühüm dövlət və mədəniyyət obyektlərinə də verilib. Belə ki, Vaşinqtondakı Kennedi Mərkəzi artıq “Donald C. Tramp və Con F. Kennedi adına Memorial İfaçılıq Sənəti Mərkəzi” adlanır. ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni sinifli iki “Tramp” hərbi gəmisi inşa ediləcək. ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə üzərində Trampın portreti və qızılı hərflərlə imzası olan pasportlar, həmçinin onun təsviri olan 24 karatlıq qızıl sikkələr buraxılacaq.

Bundan əlavə, Prezidentin imzası artıq 100 dollarlıq əsginasların üzərində də yer alacaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr