AZ

Əraqçi: “Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz”

İslam Respublikası ilə ABŞ arasındakı danışıqlarda Pakistanın vasitəçiliyini uğursuz hesab etmək olmaz.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

"Pakistanın iştirakı ilə aparılan vasitəçilik prosesi iflasa uğramayıb, lakin o, çox çətin keçir", – deyə diplomat Yeni Dehlidə təşkil olunmuş mətbuat konfransı zamanı bildirib.

O izah edib ki, proses Tehranla Vaşinqton arasında mövcud olan inamsızlıq, həmçinin "amerikalıların davranışı səbəbindən" mürəkkəbləşir.

Qeyd edək ki, mayın 12-də ABŞ prezidenti bəyan edib ki, ölkəsi İranla dialoqda əsas vasitəçinin dəyişdirilməsini nəzərdən keçirmir. Onun sözlərinə görə, Pakistan "tamamilə mükəmməl fəaliyyət göstərir".

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr