AZ

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

2026-cı ilin yanvar-mart aylarında nəqliyyat dəhlizləri üzrə Azərbaycandan və ölkə üzərindən ümumilikdə milyonlarla ton yük daşınıb. Daşımaların əsas hissəsi dəmir yolu, avtomobil və dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  ilinilk üç ayında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.

Məlumatda bildirilir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 863,3 min ton olub. Bunun 1 milyon 853,9 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin, 2 milyon 265,2 min tonu Şimal-Cənub nəqliyyat dəhlizinin, 1 milyon 265,6 min tonu isə Şimal-Qərb nəqliyyat dəhlizinin payına düşüb. Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 109,9 min ton təşkil edib.

Statistik göstəricilərə əsasən, tranzit yüklər daşımaların böyük hissəsini formalaşdırıb. Belə ki, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 44,3 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 48,8 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin isə 89,4 faizini tranzit yüklər təşkil edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

 

Seçilən
19
2
azerbaijan-news.az

3Mənbələr