AZ

Fanatları sürpriz gözləyir: Sabah Neftçi nin biletləri satışda

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

 "Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.

Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, azarkeşləri bir-birindən maraqlı sürprizlər də gözləyir:

Klubdan "apasport"a verilən məlumata görə, oyunu stadiondan izləyən 2 azarkeş "Sabah", "Bank Respublika" və "Azərlotereya"nın dəstəyi ilə  komandamızın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.

Oyundan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.

Oyundan sonra tanınmış "Qara Dərviş" qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.

32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Yevlaxda heyətlər bəlli oldu

Futzal üzrə Yüksək Liqada çempionluq matçına hakim təyinatları açıqlanıb

UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək

DÇ-2026: Fransa millisinin HEYƏTİ BƏLLİ OLDU

Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
8
apasport.az

9Mənbələr