Leqal.info xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verildi. Bildirildi ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.






Leqal.info