Ermənistanda Nikol Paşinyan və ölkədəki siyasi proseslərlə bağlı genişmiqyaslı dezinformasiya kampaniyasının aparıldığı bildirilir.
Musavat.com xəbər verir ki, söhbət “Matryoşka” adlı və Kremlin maraqlarına uyğun fəaliyyət göstərdiyi deyilən iri bot şəbəkəsindən gedir. Son vaxtlar bu şəbəkənin Ermənistan və Paşinyan barədə 343 saxta video yaydığı qeyd olunur.
Yayılan materiallarda baş nazirin ağır xəstə olması, Ermənistanın Rusiya ilə müharibəyə hazırlaşdığı, həmçinin Gümrüdəki Rusiya hərbi bazasının Türkiyə bazası ilə əvəzlənəcəyi kimi iddiaların yer aldığı bildirilir.
“Bot Bloklayıcısı” layihəsinin məlumatına əsasən, Ermənistanla bağlı aparılan kampaniyaya ABŞ, Almaniya və Polşadakı seçki proseslərindən daha çox resurs ayrılıb. Bu göstəricidə yalnız Moldovaya yönəlmiş kampaniyanın daha geniş olduğu vurğulanır.
Musavat.com