AZ

Tramp Si Cinpinin ona dediyi fikirləri açıqladı

ABŞ Prezidenti Donald Tramp Çin səfəri ilə bağlı açıqlama verib.Metbuat.az xəbər verir ki, Tramp, Çin sədri Si Cinpinin onu nailiyyətlərinə görə təbrik etdiyini ifadə edib. O, ABŞ və Çin münasibətlərinin əvvəlkindən daha güclü və daha yaxşı olacağına ümid etdiyini qeyd edib. Tramp sosial media paylaşımında ABŞ-nin sabiq Prezidenti Co Baydeni hədəfə alıb. Tramp iddia edib ki, Si Cinpin ABŞ-ni tənəzzülə uğrayan ölkə kimi təsvir edərkən Co Bayden dövrünə istinad edir. Si Cinpinin Bayden dövrü haqqında haqlı olduğunu iddia edən Tramp, Amerika iqtisadiyyatının, siyasətinin və sosial strukturunun həmin dövrdə zəiflədiyini irəli sürüb.

Tramp ABŞ-nin öz hakimiyyəti dövründə isə bütün sahələrdə irəliləyişlər əldə etdiyini iddia edib.

Seçilən
49
1
metbuat.az

2Mənbələr