AZ

“Mercedes-Benz” müdafiə sənayesi istehsalına başlamaq istəyir

BAKI, 16 may. TELEQRAF

Almaniyanın “Mercedes-Benz” avtomobil konserni müdafiə sənayesi bazarına daxil olma ehtimalını istisna etməyib.

Teleqraf xəbər verir ki, şirkətin rəhbəri Ola Kallenius bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində danışıb.

Kallenius bildirib ki, dünyada vəziyyətin daha qeyri-sabit hala gəlməsi Avropanın müdafiə potensialını artırmasını zəruri edir.

“Dünya daha gözlənilməz olur. Məncə, Avropanın müdafiə imkanlarını gücləndirməsi vacibdir. Əgər biz bu prosesdə rol oynaya bilsək, bunu etmək istərdik”, - deyə o vurğulayıb.

Şirkət rəhbərinin sözlərinə görə, müdafiə sahəsi ilə bağlı istehsal “Mercedes-Benz”in biznesində minik və yük avtomobilləri ilə müqayisədə kiçik paya malik olacaq.

Seçilən
124
teleqraf.com

1Mənbələr