AZ

Gündəlik fıstıq yemək bağırsaq sağlamlığına faydalıdır

Yeni araşdırmalar göstərir ki, hər gün yarım stəkan fıstıq yemək 12 həftə ərzində prediabetli yetişkinlərin bağırsaq mikrobionunu müsbət dəyişdirir.

Day.Az xəbər verir ki, xüsusilə, faydalı bakteriyalar olan Roseburia və Lachnospiraceae sayı artır, az faydalı bakteriyalar isə azalır.

Bu, fıstıqdakı lif, polifenollar və prebiyotiklərin təsiri ilə əlaqələndirilir.

Fıstıqlar təkcə bağırsağa yox, ürək-damar sağlamlığına da faydalıdır. Onlar ümumi və "pis" xolesterini azaldır, "yaxşı" xolesterini qoruyur, arterial təzyiqi salmağa kömək edir və iltihabı azaldır.

Bundan əlavə, fıstıqlar qan şəkərinin idarəsində və çəkini saxlamaqda da rol oynayır. Gündəlik fıstıq istehlakı insulinə həssaslığı yaxşılaşdırır, uzun müddətli qan şəkəri səviyyəsini tənzimləməyə kömək edir və toxluq hissini artıraraq arıqlamağa dəstək ola bilər.

Seçilən
69
day.az

1Mənbələr