ain.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp İranın donanmasını "tamamilə məhv etdiyini" və onu "pulemyotlarla silahlanmış bir neçə kiçik qayıqla" məhdudlaşdırdığını iddia edib. Lakin bəzi Qərb analitiklərinin "ağcaqanad donanması" adlandırdığı bu "kiçik qayıqlar" xeyli dağıdıcı gücə malikdir. Aylardır ki, bu qayıqlar İran hökumətinə dünyanın ən vacib gəmiçilik yollarından biri olan Hörmüz boğazında ciddi pozuntular yaratmağa kömək edir. Ekspertlərin fikrincə, bu addım qlobal iqtisadiyyata zərər vurmaq və Vaşinqtonu Tehranla müharibədən imtina etməyə məcbur etmək məqsədi daşıyır
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı yazır.
Bəs "Ağcaqanad Donanması" nədir və o, necə bu qədər effektiv fəaliyyət göstərə bilib?
İranın sürətli və kiçik qayıqlardan ibarət donanması 1980-ci illərdə İran-İraq müharibəsi zamanı formalaşıb.
İran İraqla müharibə aparsa da, münaqişə 1980-ci illərin "Tanker müharibələri" zamanı Fars körfəzinə yayıldı və böhran ABŞ-ni tankerləri qorumaq üçün hərəkətə gətirdi.
ABŞ Hərbi Dəniz Qüvvələri ilə münaqişə İranın ənənəvi dəniz donanmasının ağır itkilərə məruz qalmasına səbəb oldu.
Bundan sonra kiçik qayıq donanması üstün dəniz gücləri ilə qarşılaşmaq üçün İranın müharibə doktrinasının bir hissəsinə çevrildi.
İran hərbi rəsmiləri dərk edirlər ki, ənənəvi dəniz müharibəsində ABŞ-nin nəhəng aviadaşıyıcıları və kreyserləri ilə rəqabət aparmaq qeyri-mümkündür. Bu səbəbdən SEPAH "Asimmetrik Müharibə" modelinə üstünlük verir.
Bu modelin əsasını az xərclə düşmənə maksimum zərər vurmaq təşkil edir. Bu strategiyanın ən qorxulu tərəfi "həmlə" və ya "hücum dəstəsi" taktikasıdır.
Onlarla kiçik qayıq eyni anda, müxtəlif istiqamətlərdən nəhəng bir hərbi gəmiyə doğru hərəkət edir. ABŞ gəmilərinin müasir radar və raket sistemləri uzaq məsafədən gələn böyük hədəfləri vurmaq üçün nəzərdə tutulub. Lakin eyni anda hər tərəfdən hücum edən 50-60 kiçik hədəfi izləmək və məhv etmək texniki olaraq çox çətindir.
Bir sürətli qayığın itirilməsi İran üçün böyük itki deyil, lakin bu qayıqlardan birinin gəmi əleyhinə raketlə və ya "kamikadze" taktikası ilə bir aviadaşıyıcıya çırpılması milyardlarla dollarlıq zərər və ciddi canlı qüvvə itkisi deməkdir.
Bəzi modellər saatda 100 km-dən çox sürətlə hərəkət edə bilir.
Kiçik olduqları üçün radarlarda görünmə ehtimalı aşağıdır və dəniz dalğaları arasında asanlıqla gizlənirlər.
Bu kiçik vasitələr "Nur" və ya "Kousər" kimi gəmi əleyhinə raketlər, torpedalar və dəniz minaları ilə təchiz olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.