AZ

Azərbaycan hər zaman xalqlar, mədəniyyətlər və dinlər arasında dialoqun yüksək dəyərləndirildiyi bir məkan olub


16 may beynəlxalq təqvimdə xüsusi məna daşıyan günlərdən biridir. Bu gün dünyada Beynəlxalq Sülh İçində Birgə Yaşamaq Günü kimi qeyd olunur. Bu gün xalqlar arasında dözümlülüyə, qarşılıqlı hörmətə, anlayışa, həmrəyliyə və insanların fərqliliklərini qoruyaraq bir yerdə yaşamaq mədəniyyətinə çağırışdır.

Eyni zamanda 16 may Beynəlxalq İşıq Günü kimi də qeyd olunur. Bu gün işığın elm, tibb, təhsil, mədəniyyət, texnologiya və bəşəri inkişaf üçün daşıdığı böyük əhəmiyyəti xatırladır. İşıq yalnız fiziki bir hadisə deyil. Fəlsəfi mənada işıq bilik, şəfa, ümid və mənəvi oyanış rəmzidir.
Məhz bu əlamətdar gündə Qlobal Həmrəylik Şurası insan sağlamlığının qorunması, əhalinin sağlamlaşdırılması, xəstəliklərin profilaktikası, ictimai sağlamlıq mədəniyyətinin gücləndirilməsi və insana qayğı fəlsəfəsinin cəmiyyətdə daha geniş yayılması istiqamətində mühüm humanitar missiyanı öz üzərinə götürdüyünü bəyan edir.

Biz bu gün fəaliyyətimizin yeni mərhəəsinin əsasını qoyduğumuzu və Azərbaycan boyunca humanitar maarifləndirici turun başlanmasını elan edirik. Bu tur sağlam həyat tərzinin təbliğinə, profilaktik düşüncənin gücləndirilməsinə, insanlara maarifləndirici dəstəyin göstərilməsinə və cəmiyyət daxilində həmrəylik ruhunun möhkəmləndirilməsinə xidmət edəcək.

Bizim üçün sağlamlıq yalnız insanın tibbi vəziyyəti deyil. Sağlamlıq həm də cəmiyyətin mənəvi halıdır. Orada qayğı varsa, məsuliyyət varsa, qarşılıqlı hörmət varsa, insan ləyaqətinə dəyər verilirsə, deməli cəmiyyətin özü də sağlam təməllər üzərində dayanır. Profilaktika sadəcə xəstəliyin qarşısını almaq deyil. Profilaktika gələcəyin mədəniyyətidir. Bu mədəniyyət insana özünü, ailəsini və yaşadığı cəmiyyəti qorumağı öyrədir.

Azərbaycan hər zaman xalqlar, mədəniyyətlər və dinlər arasında dialoqun yüksək dəyərləndirildiyi bir məkan olmuşdur. Bu torpaqda sülh içində birgə yaşamaq yalnız nəzəri fikir deyil, tarixi ənənədir, ictimai şüurun bir hissəsidir, xalqımızın mənəvi irsidir. Allah nəsib etsin ki, bu dialoq Azərbaycanda hər zaman olduğu kimi bundan sonra da yüksək qiymətləndirilsin, inkişaf etsin və sülhə, anlaşmaya, insan birliyinə xidmət göstərsin.

İşıq və sülh içində birgə yaşayaq .
Seçilən
53
1
newscenter.az

2Mənbələr