AZ

Baffetlə bir nahar üçün 9 milyonundan keçdi - ABŞ-da qeyri-adi hərrac

Dünyanın ən varlı adamlarından biri, 95 yaşlı amerikalı sahibkar Uorren Baffet ilə nahar 9 milyon dollara hərraca çıxarılıb.

Musavat.com Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, naməlum şəxs Baffetlə naharın yer aldığı hərracda qalib gəlmək üçün 9 milyon dollardan bir qədər çox pul ödəyib.

Qəzetin məlumatına görə, hərrac qalibi iş adamı ilə 24 iyunda Nebraska ştatının Omaha şəhərində nahar edəcək.

Qalib şəxs görüşə yeddi nəfərə qədər qonaq gətirə bilər.

Musavat.com

Seçilən
5
2
musavat.com

3Mənbələr