AZ

İlon Maskın xAI şirkəti “Grok Build” adlı yeni süni intellekt agentini təqdim edib

İlon Maskın xAI şirkəti proqram kodlarının yaradılması üçün nəzərdə tutulmuş “Grok Build” adlı yeni süni intellekt agentini təqdim edib.

“İki sahil” “Bloomberg”ə istinadla xəbər verir ki, məhsul hazırda ilkin sınaq mərhələsindədir və yalnız pullu istifadəçilər üçün əlçatandır. “Grok Build” istifadəçi komandaları əsasında mürəkkəb kodlaşdırma tapşırıqlarını yerinə yetirə bilir.

Yeni məhsul xAI-nin “Anthropic” və onun “Claude Code” sistemi kimi rəqiblərlə süni intellekt əsaslı proqramlaşdırma alətləri bazarında mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.

“Bloomberg”in məlumatına görə, xAI bəzi rəqiblərindən geri qaldığını etiraf edir. Şirkət hazırda yenidənqurma, yeni tərəfdaşlıqlar və işə qəbul prosesini sürətləndirir.

Seçilən
1
4
ikisahil.az

5Mənbələr