AZ

Kreml Putinin Çinə səfərinin tarixi açıqlayıb

Rusiya prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çin lideri Si Cinpinin dəvəti ilə Çinə rəsmi səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" müqavilənin imzalanmasının 25-ci ildönümünə təsadüf edəcək.

Rusiya və Çin liderləri ikitərəfli münasibətlərdəki mövcud məsələləri, Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlığı və strateji qarşılıqlı əlaqəni daha da dərinləşdirmək yollarını müzakirə edəcək, əsas beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Danışıqlardan sonra birgə zirvə bəyannaməsinin və bir sıra ikitərəfli hökumətlərarası, idarələrarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Seçilən
17
5
apa.az

7Mənbələr