Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixini açıqlayıb.
Nazirlik Rusiya dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında 19-20 may tarixlərində Çində səfərdə olacağını bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin Çin səfəri ABŞ Prezidentinin səfərindən 4 gün sonraya təsadüf edəcək. Beləliklə, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi baş verəcək.