AZ

Misli Premyer Liqası: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı

Misli Premyer Liqasında 32-ci tur davam edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Həm "Qarabağ"ın, həm də "Turan Tovuz"un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək.

"Qarabağ" öz meydanında "İmişli"ni qəbul edəcək. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında "Qarabağ"ın üstünlüyü var. Qurban Qurbanovun komandası bu gün də "İmişli"yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək.

"Turan Tovuz" isə səfərdə "Şamaxı"nın qonağı olacaq. Hazırda Tovuz klubu 59 xalla 3-cü, "Şamaxı" isə 35 xalla 8-ci yerdədir.

16 may (şənbə)

17:00. "Şamaxı" - "Turan Tovuz"

Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu

17:00. "Qarabağ" - "İmişli"
Baş hakim:
Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

17 may (bazar)

18:00. "Zirə" - "Sumqayıt"

18:00. "Sabah" - "Neftçi"

Seçilən
26
7
day.az

10Mənbələr