AZ

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avtomobil yolunda hərəkət bərpa olunub.

*** 09:00

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Hafta.az xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır./azertac/



 
Seçilən
40
24
hafta.az

10Mənbələr