AZ

Mən kiməm ki, prezidentin müsahibəsinə şərh verim?

“Benfika”nın baş məşqçisi Joze Mourinyodan “Real Madrid”in prezidenti Florentino Peresin “El Chiringuito”ya verdiyi müsahibə ilə bağlı şərh verməsi istənilib.

Müsahibədə rəsmi şəxs “Real”a qarşı kampaniya aparıldığını və klubun bir neçə titulunun oğurlandığını iddia edib. Peres həmçinin Çempionlar Liqasını “Barselona”dan daha çox qazandıqlarını vurğulayıb.

Publika.az xəbər verir ki, “A Bola” qəzeti Mourinyonun sözlərini sitat gətirib:

“Mən bunu görmədim və hətta görsəydim belə, mən kiməm ki, prezidentin müsahibəsinə, xüsusən də Florentinonun müsahibəsində şərh verim? Mənim heç bir şərhim yoxdur, prezidentlə və ya “Real Madrid” rəhbərliyindən heç kimlə əlaqəm yoxdur”.

Seçilən
0
5
publika.az

10Mənbələr