AZ

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxıb

Bakı, 16 may, AZƏRTAC

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Dünya Seriyasında ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Çinin Şanxay şəhərində Tailandla üz-üzə gəlib.

Görüş rəqibin 19:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Azərbaycan təmsilçisi ikinci görüşündə Niderlandın "Amsterdam" komandası ilə qarşılaşacaq.

Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr