AZ

“Neftçi” ilk matçda uduzdu - Dünya Seriyası

Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində “Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası mübarizəyə start verib.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi ilk oyununu Taylanda qarşı keçirib. Görüş rəqibin 19:14 hesablı qələbəsi ilə başa çatıb.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti matçda Niderlandın “Amsterdam” komandası ilə üz-üzə gələcək. Qarşılaşma saat 13.30-da başlayacaq.

Seçilən
46
football-plus.az

1Mənbələr