Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 16 may, AZƏRTAC
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi hələ min il əvvəl bütün xalqların müdriklik və xeyirxahlıq qarşısında bərabər olduğunu qeyd edib. Bu gün də müdriklik və xeyirxahlıq xalqları birləşdirən əsas dəyərlərdən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Qazaxıstan Vətəndaş Alyansının prezidenti Banu Nurqaziyeva bildirib.
Onun sözlərinə görə, dünya hazırda mürəkkəb dövrdən keçir, qlobal dəyişikliklər və çağırışlarla üz-üzədir.
“İqlim dəyişiklikləri, humanitar böhranlar, əmək bazarının transformasiyası və rəqəmsal texnologiyaların sürətli inkişafı artıq abstrakt proseslər deyil, hər bir insanın həyatına təsir edən reallıqdır. Belə şəraitdə vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları sadəcə strukturlar deyil, insanlardan ibarət canlı platformalardır. Onlar başqasının ağrısına biganə qalmayan, yardıma ehtiyacı olan insanların yanında olan şəxslərdir. Bu, vəzifə borcundan deyil, qəlbin çağırışı ilə fəaliyyət göstərən könüllüləri. Türk xalqları əsrlər boyu həmrəylik və qarşılıqlı dəstək ənənələrini qoruyub saxlayıblar. Bizim xalqlarımız sadə, lakin dərin məna daşıyan bir hikməti nəsildən-nəslə ötürüblər: harada birlik və razılıq varsa, orada rifah var. Türk dünyası tarixən yalnız ortaq keçmişlə deyil, eyni zamanda ortaq dəyərlərlə birləşib. Böyüklərə hörmət, yaxınlara qayğı, ənənələrə sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət hissi bizi birləşdirən əsas prinsiplərdir”, – deyə Qazaxıstan Vətəndaş Alyansının prezidenti bildirib.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Azər İbrahimov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.