Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir.
Onlarla ölkədən toplanan məlumatların təhlili göstərib ki, insanların daha uzun saatlar işlədiyi yerlərdə piylənmə səviyyəsi də daha yüksək olur. Alimlər bunu xroniki stress, idmana vaxt qalmaması və "qaça-qaça" qidalanma vərdişi ilə izah edirlər.
Tədqiqatın müəlliflərinə görə, daha sərbəst qrafik insanlara daha yaxşı yatmağa, daha çox hərəkət etməyə və qidalanmasına daha diqqətli yanaşmağa kömək edir.