AZ

Voleybol millisinin təlim-məşq toplanışı başa çatıb

Yazını böyüt
Yazını kiçilt

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.

Hafta.az xəbər verir ki, 12-16 may tarixlərində baş tutan hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.

Bu qarşılaşmaların hər ikisi millimizin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.

Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində yığma bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq millinin burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

Seçilən
1
6
hafta.az

7Mənbələr