AZ

Kiyevdə həyəcan siqnalı Putinin sui qəsd siyahısında kimlər var?

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin siyasi və hərbi elitasını hədəf alan qorxunc bir planın üstünü açıb.Turkustan.az xəbər verir ki, Ukrayna dövlət başçısı Rusiyanın xüsusi xidmət orqanlarının Ukraynanın ali rəhbərliyinə qarşı genişmiqyaslı sui-qəsd planlaşdırdığını bəyan edib. Zelenskinin sözlərinə görə, Rusiya tərəfi hazırda hədəf qrupuna daxil olan şəxslərin koordinatlarını və hərəkət trayektoriyasını fəal şəkildə izləyir: "Rusiyalılar hazırda bizim harada yerləşdiyimizi, harada olduğumuzu və hara getdiyimizi intensive şəkildə axtarırlar", — deyə o vurğulayıb. Ukrayna lideri xüsusilə diqqətə çatdırıb ki, bu ölüm təhlükəsi təkcə onun şəxsini əhatə etmir. Kremllə bağlı sui-qəsd planlarının hədəfində Ukraynanın digər yüksək rütbəli dövlət rəsmiləri, ordu komandanlığı, kəşfiyyat rəhbərliyi və xüsusi xidmət orqanlarının rəhbər şəxsləri də yer alır.Hərbi və siyasi ekspertlər bu açıqlamanı Kiyevdə təhlükəsizlik tədbirlərinin ən yüksək — "qırmızı" səviyyəyə qaldırılmasının rəsmi siqnalı kimi qiymətləndirirlər. Bildirilir ki, Ukrayna daxilində rusiyalı agentura şəbəkəsinin və diversant qruplarının zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatlar daha da gücləndirilib. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
icma.az

3Mənbələr