"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının üçüncü mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" bu gün iki görüş keçirib.
Paytaxt təmsilçisi əvvəlcə Taylandla üz-üzə gəlib. Qarşılaşma rəqibin 19:14 hesablı qələbəsi ilə başa çatıb.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirib. "Neftçi" ikinci oyunda da məğlub olub. Görüş Niderland təmsilçisinin 18:15 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq. Qruplarında 1-ci və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.