AZ

"Azərişıq" ilk dəfə bu maarifləndirmə proqramını Qəbələdə təşkil etdi

"Azərişıq" ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Qəbələdə start verilib. Qəbələ rayonu Zarağan kənd İlqar Cəbrayılov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Bu barədə Publika.az-a Azərişıq ASCdən məlumat verilib.

Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb. Həmçinin mərkəzin direktoru milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan energetiklərinin yerli və beynəlxalq yarışlarda iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Azərişıq” ASC-nin ötən il təşkil etdiyi “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi” də energetiklərimizin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı barədə məlumat verən Seymur Mirzəyev komandalara uğurlar arzulayıb.

Çıxışdan sonra “Azərişıq” ASC-nin 11 illik faəliyyətini əks etdirən və elektrik enerjisi mənbələri haqqında video çarxlar təqdim olunub.

Rəsmi hissədən sonra müsabiqə mərhələsinə start verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Qəbələ rayonu üzrə 2 şəhər və 1 kənd tam orta məktəbi olmaqla 3 ümumtəhsil müəssisəsinin hər birindən 2 komanda qatılıb. “Amper”, “Tesla”, “İşıqlı Sabah”, “Elektron Beyinlər”, “Alov şöləsi” və “Sonsuz enerji” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.

Seçilən
53
9
publika.az

10Mənbələr