AZ

30 yaşından sonra çəki alanlarda xərçəng riski kəskin artır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yetkinlik dövründə sürətlə çəki qazanan insanlarda bəzi xərçəng növlərinin yaranma ehtimalı xeyli yüksəkdir. Avropa Piylənmə Konqresində (ECO2026) təqdim olunan araşdırma bu təhlükəni ortaya qoyub.İsveçli alimlər 630 mindən çox insanın 17 yaşından 60 yaşınadək olan çəki dəyişikliklərini və səhhətini izləyiblər. Məlum olub ki, bədən çəkisi normadan çox artan şəxslərdə piylənmə ilə bağlı xərçəng növlərinə yaxalanma riski digərlərinə nisbətən 43-46 faiz daha çoxdur.Xüsusilə kişilərdə sürətli çəki artımı qaraciyər xərçəngi riskini 2.7 dəfə, qida borusu xərçəngi ehtimalını isə 2 dəfədən çox artırır. Qadınlarda isə bu vəziyyət uşaqlıq daxili qişasının (endometrium) xərçəngi riskini dörd qat artırır. Bununla yanaşı, böyrək, bağırsaq, mədəaltı vəzi və bəzi beyin şişlərinin yaranma təhlükəsi də çoxalır.Gənc yaşlarda çəki almaq isə vəziyyəti daha da qəlizləşdirir. Belə ki, 30 yaşından əvvəl piylənmədən əziyyət çəkən kişilərdə qaraciyər xərçəngi riski 5 dəfə, qadınlarda isə endometrium xərçəngi riski 4.5 dəfə yüksəlir.Mütəxəssislər artıq çəkinin orqanizmdə xroniki iltihab yaradaraq, hormonal balansı və maddələr mübadiləsini pozaraq şişlərin inkişafına təkan verdiyini bildirirlər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr