AZ

"Bu, kuboklar uğrunda mübarizə aparmadığım ilk mövsümdür" - Arne Slot

"Liverpul"un baş məşqçisi Arne Slott komandadan ayrılmağı düşünmədiyini bildirib. 

Fanat.Az xəbər verir ki, mersisaydlıların baş məşqçisi cari mövsümün sonunda klubla müqaviləsinin ləğv olunacağı ilə bağlı şayiələri təkzib edib.

Slott bu barədə "Anfield Sector"a belə danışıb:

"Həmişə qalmaq istəmişəm - heç vaxt ayrılmağı düşünməmişəm. İnanıram ki, gələn mövsüm indikindən daha yaxşı vəziyyətdə olacağıq.
Bu, məşqçilik karyeramda kuboklar uğrunda mübarizə aparmadan keçirdiyim ilk mövsümdür. Ayrılmaq fikri heç vaxt ağlıma gəlməyib". 

47 yaşlı məşqçinin "Liverpul" ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. 

Mirağa

Seçilən
5
1
fanat.az

2Mənbələr