AZ

10 övladlı ailə Xocalıya qayıdıb - FOTO

Bu gün Xocalıya qayıdanlar arasında 10 övladlı ailə də var. 

Bakıvaxtı.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə xəbər verir ki, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərlik ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

    Anar Buludxanov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. 

    O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib.

    Seçilən
    2
    5
    bakivaxti.az

    6Mənbələr