AZ

WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) forumu çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.
Bu barədə Yenicag.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir.
Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçirilir. Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.
“Ayna MaaS” tətbiqi vasitəsi ilə həm tədbir marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş imkanı, habelə “Ayna MaaS” tətbiqində tədbir marşrutları üzrə funksionallıq yaradılıb.
Seçilən
39
4
yenicag.az

5Mənbələr