AZ

Neymar bu Avropa ölkəsinin pasportunu aldı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Braziliyalı ulduz hücumçu Neymar həyatında gözlənilməz bir dəyişiklik edib.

Fanat.Az xəbər verir ki, o, 34 yaşında Avropa pasportu almaq qərarına gəlib.

Tanınmış insayder Nikolo Skiranın yaydığı məlumata görə, PSJ və "Barselona"nın keçmiş ulduzu İtaliya vətəndaşı olub. Bu addım Neymarın əcdadlarının İtaliya əsilli olması nəticəsində reallaşıb. Əlavə məlumat verilməyib, lakin məlumdur ki, prosesə braziliyalı futbolçunun ən yaxın adamlarından biri olan Emiliano Nittinin hüquq firması kömək edib.

Neymarın Braziliya vətəndaşlığından imtina etmək niyyəti yoxdur. Futbol baxımından isə bunun o qədər də təsiri olmayacaq, çünki Neymar milli komandaları dəyişə bilməyəcək. Bacarsa belə, İtaliya orada olmadığı üçün 2026-cı il dünya çempionatında oynaya bilməz.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr