AZ

Hacıbaba Əzimov VƏFAT ETDİ

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

"AzPolitika" xəbər verir Kİ, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, Hacıbaba müəllimin həyatı bütövlükdə Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi.

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi” -deyə, o bildirib.

Qeyd edək ki, Hacıbaba Sadıq oğlu Əzimov 1 avqust1938 -ci ildə Lənkəranda anadan olmuşdu. 

1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir.1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur.1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır.1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur.1981-ci ildə tarix elmləri doktoru, 1982-ci ildə tarix elmləri üzrə professor elmi adları almışdır.1982–1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Siyasi Tarix Kafedrasının professoru (1982–1984) və Siyasi Tarix Kafedrasının müdiri — professoru (1985–1991) vəzifələrində işləmişdir.1991–1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran Filialının təşkilatçısı və direktoru (sentyabr 1991 — iyul 1992) olmuşdur.1992–1997-ci illərdə Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru (iyul 1992 — iyul 1997) olmuşdur.1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir.1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, həmin deputatlarla birlikdə cəmiyyətdə "istiqlalçı deputat" olaraq tanınmışdır.1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olmuşdur. Məhz bu Aktın qəbul edilməsindən sonra bütün dünya dövlətləri ilk dəfə olaraq Azərbaycan Respublikasını müstəqil dövlət, beynəlxalq hüququn subyekti kimi tanımış, Azərbaycan BMT-nin bərabər hüquqlu üzvü seçilmişdir.1991–1995-ci illərdə 51 nəfərdən ibarət seçilmiş və daimi fəaliyyət göstərən ilk Azərbaycan parlamentinin — Milli Məclisin deputatı olmuşdur.1992-ci ilin iyun ayında xarici düşmən dairələrin fitvası ilə ölkədə qızışdırılan etnik separatçılıq meyllərinin qarşısını almaq məqsədilə yaradılan Vahid Azərbaycan Milli Birlik Partiyasının təşkilat komitəsinin sədri, 1992-ci ilin noyabr ayında keçirilən qurultayda təsis olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri seçilmişdir. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
azpolitika.info

1Mənbələr