AZ

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub

Berlin, 16 may, AZƏRTAC

Almaniyanın Raynland-Pfalts əyalətinin Limburgerhof şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər də ağır xəsarət alıb.

Təyyarənin havada partladığı ehtimal edilir. Hadisə şahidləri təyyarənin qalıqlarının yaşayış sahəsinə dağıldığını bildiriblər.

Qəza ilə bağlı araşdırma aparılır.

 
 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
11
4
azertag.az

6Mənbələr