AZ

43 ailə Xocalı və Ağdərəyə qayıtdı

İşğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam edir. Bu gün Xocalı və Ağdərə rayonuna ümumilikdə 183 nəfərdən ibarət 43 ailə köçürülüb.Metbuat.az xəbər verir ki, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı rayonunun Xanabad kəndinə 9 ailə olmaqla 33 nəfər, Badara kəndinə 10 ailə 33 nəfər, Təzəbinə kəndinə 10 ailə 60 nəfər, Ballıca kəndinə 4 ailə 22 nəfər, Xanyurdu kəndinə 4 ailə 18 nəfər, Daşbulaq kəndinə 4 ailə 13 nəfər, Ağdərə rayonunun Aşağı Ortağ kəndinə isə 2 ailə 4 nəfər köçürülüb. Bu gün sakinlərə yeni bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. Çıxış edən Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib, doğma yurda qayıdan sakinləri təbrik edib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən tikilməsi, bərpası və əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Seçilən
23
10
metbuat.az

10Mənbələr