Türkiyə Super Liqasında sonuncu turun oyunları davam edir. 34-cü həftədə çempion "Qalatasaray" rəqib meydanda "Kasımpaşaspor"un qonağı olacaq. Metbuat.az xəbər verir ki, Türkiyə çempionu mövsümün sonuncu oyununu bir neçə ulduz futbolçusunun istirakı olmadan keçirəcək. Nigeriyalı hücumçu Viktor Osimen kart cəzalısı olduğü üçün meydanda komanda yoldaşlarına kömək edə bilməyəcək. Qabriel Sara isə zədəli olduğuna görə bu gecə forma geyinməyəcək. Həmçinin kolumbiyalı Yaser Aspirillanin da səhhəti meydana çıxmağa imkan vermir. Qeyd edək ki, oyunun nəticəsi ötən həftə çempionluğunu elan etmiş "Qalatasaray" üçün heç bir əhəmiyyət kəsb etmir. Buna baxmayaraq, baş məşqçi Okan Buruk azarkeşlərə növbəti dəfə qələbə sevinci yaşatmaq üçün meydana çıxacaqlarını deyib.