AZ

Əl-Məzrui: BƏƏ-nin OPEC-dən çıxması fikir ayrılıqlarının olması demək deyil

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və "OPEC+"dan çıxmaqla bağlı qərarı siyasi motivli olmayıb və tərəfdaşlarla fikir ayrılıqlarının mövcudluğunu əks etdirmir.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl-Məzrui "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"BƏƏ-nin OPEC və "OPEC+"dan çıxmaq barədə qərarı ölkənin uzunmüddətli iqtisadi baxışına, inkişaf edən enerji imkanlarına və qlobal enerji təhlükəsizliyinə qəti sadiqliyinə əsaslanan suveren strateji seçimdir", - o yazıb.

Nazirin sözlərinə görə, bu qərar ölkənin neft sənayesinin perspektivlərinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib: "Qərar siyasi mülahizələrlə diktə edilməyib və BƏƏ ilə onun tərəfdaşları arasında hər hansı fikir ayrılığının mövcudluğunu göstərmir. BƏƏ qərarları xarici fərziyyələri deyil, milli maraqları rəhbər tutaraq qəbul edir".

Qeyd edək ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan BƏƏ 2026-cı il mayın 1-dən etibarən OPEC-dən çıxıb.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr