AZ

“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - y

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günü üçün daha iki matç nəzərdə tutulub. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edir. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası bu gün də “İmişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək. 

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlir. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0. 

16 may (şənbə)

17:00. “Şamaxı” - “Turan Tovuz” -  0:0 (Birinci hissə)
Baş hakim:
Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu

17:00. “Qarabağ” - “İmişli” - 0:0 (Birinci hissə)
Baş hakim:
Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

17 may (bazar)

18:00. “Zirə” - “Sumqayıt”

18:00. “Sabah” - “Neftçi” 

15 may (cümə)

“Karvan-Yevlax” - “Qəbələ” - 1:2

“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Leandro Andrade ("Qarabağ") - 9 qol

Seçilən
30
16
teleqraf.com

10Mənbələr