AZ

Diplomatik korpusun nümayəndələri üçün brifinq keçirildi

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və tədbirin proqramı ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqların işçi qrupları ilə brifinq keçirilib.

Publika.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Məlumata əsasən WUF13-ün keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilən brifinqdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gəlmiş rəsmi şəxslər də daxil olmaqla ümumilikdə 150-yə yaxın xarici qonaq iştirak edib.

Seçilən
22
16
publika.az

9Mənbələr