Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Turan Tovuz" oyununda hakim təyinatındakı dəyişikliyin səbəbi bəlli olub.
Bu barədə Fanat.Az-a AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov məlumat verib.
Premyer Liqada debüt edəcəyi gözlənilən Ruslan Quliyevin Rəvan Həmzəzadə ilə əvəzlənməsi FİFA-nın qadağasından qaynaqlanıb. Komitə sədri beynəlxalq qurumun Ruslan Quliyevə elit hakim üçün sertifikat vermədiyini bildirib. Həsənov bunu yaxın gələcəkdə yoluna qoya biləcəklərinə ümid etdiyini bildirib.
Mirağa