Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Rza Rzayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyitə ilkin baxış keçirilib və araşdırmalara başlanılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta