AZ

Azərbaycan zəngin tarixə, mədəniyyətə və unikal memarlıq irsinə malik bir ölkədir

ain.az, Turkstan.az saytına istinadən bildirir.

2024-cü ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi etdi.Bu tədbirdən sonra ölkəmiz digər mötəbər foruma ev sahibliyi edəcək. 17-22 may tarixlərində BMT-nin Ümumdünya Şəhərsalma Forumu WUF-13 Azərbaycanda keçiriləcək.Bu forumun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal əməkdaşlığa verdiyi töhfənin və böyük beynəlxalq platformalara uğurla ev sahibliyi etmək imkanlarının növbəti mühüm göstəricisidir.Forumun yüksək səviyyədə təşkili, hazırlıq prosesinin peşəkarlıqla həyata keçirilməsi və iştirakçılar üçün yaradılmış müasir şərait xüsusi təqdirəlayiqdir. Bu tədbirdə hər detalın diqqətlə düşünülməsi Azərbaycanın qonaqpərvərlik ənənələrini və beynəlxalq standartlara uyğun təşkilatçılıq mədəniyyətini bir daha nümayiş etdirir.Bu mötəbər forumun təşkilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmiz bu gün beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf və qlobal təşəbbüslər üçün mühüm platformaya çevrilmişdir.Dövlət başçısının şəhərlərin inkişafı, müasir urbanizasiya və beynəlxalq əməkdaşlıq sahələrinə göstərdiyi xüsusi diqqət bu kimi mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan yaradır.Azərbaycan zəngin tarixə, mədəniyyətə və unikal memarlıq irsinə malik bir ölkədir. Ölkəmizdə çoxsaylı tarixi abidələr, memarlıq inciləri və əsrlərin yaddaşını yaşadan qədim tikililər qorunub saxlanılır.XVIII–XIX əsrlərə aid evlər, saraylar və tarixi binalar bu gün də şəhərlərimizin memarlıq simasının ayrılmaz hissəsidir və milli irsimizin dəyərli nümunələri hesab olunur.Köhnə Bakının küçələrində, qədim memarlıq abidələrinin arasında gəzərkən insan sanki zaman səyahətinə çıxır, tarixlə üz-üzə qalır. Nəsillər arasındakı bağlılığı, şəhərin zəngin tarixini və keçmiş dövrlərin ruhunu hiss edir.Bu memarlıq irsi təkcə daş və divarlardan ibarət deyil — o, xalqın yaddaşını, mədəniyyətini və tarixi dövrlərin canlı izlərini yaşadır.Bakı, Şəki, Gəncə, Şuşa, Lənkəran, Şamaxı və digər qədim şəhərlərimiz əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mühüm mərkəzlər olmuşdur.Bu şəhərlərdə tarix və müasirlik harmonik şəkildə birləşərək Azərbaycanın zəngin urban irsini dünyaya nümayiş etdirir.Şəhərlərimizin ümumi gələcəyi naminə ekspertləri, memarları, dövlət nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirən belə mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük uğurdu.Bu gün şəhərsalma yalnız infrastrukturun və memarlığın inkişafı demək deyil. Bu, ilk növbədə insanlar üçün rahat, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin yaradılması, mədəni irsin qorunması, eləcə də müasir dünyanın çağırışlarına cavab verən tətbiqidir.WUF13 dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq dialoq, təcrübə mübadiləsi və effektiv həll yollarının axtarışı üçün mühüm platformadır.WUF13 çərçivəsində keçirilən müzakirələr və irəli sürülən təşəbbüslər gələcəyin daha dayanıqlı, təhlükəsiz və insan yönümlü şəhərlərinin formalaşmasına mühüm töhfə verəcəkdir.Leyla Turan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr