AZ

"Çelsi"dən ilin baş məşqçi həmləsi: Xabi Alonso ilə birbaşa danışıqlar başladı

Londonun "Çelsi" klubu rəhbərliyi boş qalan baş məşqçi postu üçün böyük bir addım ataraq ispaniyalı mütəxəssis Xabi Alonso ilə rəsmi şəkildə masaya əyləşib.

Fanat.Az xəbər verir ki, dünyaca məşhur insayder Fabritsio Romanonun yaydığı eksklüziv məlumata görə, tərəflər arasında artıq ilk birbaşa təmaslar baş tutub.

Klubun gələcək taleyini həll edəcək yeni baş məşqçi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

"Zadəganlar" qarşıdan gələn gərgin yay transfer pəncərəsi öncəsi axtarışları sürətləndirib və tərəflər arasındakı müzakirələr kifayət qədər müsbət axarla davam edir.

Seçilən
20
fanat.az

1Mənbələr