Tatarıstanın əməkdar artisti Rezeda Kadırova 65 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "MK" nəşri məlumat yayıb.
Bildirilib ki, o, 2026-cı ilin yanvarında ağır itki ilə üzləşib – həyat yoldaşı Danis dünyasını dəyişmişdi. Kadırova ilə vida mərasiminin yeri və vaxtı barədə məlumat daha sonra açıqlanacaq.
Rezeda Kadırova 1961-ci il aprelin 22-də Mamadış rayonunun Urazbaxtino yaşayış məntəqəsində anadan olub. Kazan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.