AZ

AZAL-ın Naxçıvana olan uçuşları təxirə salınıb

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bu barədə Day.Az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

Bildirilib ki, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Məlumata görə, hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

Seçilən
25
34
day.az

10Mənbələr