Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukraynadakı münaqişə uzun müddət davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq mümkün deyil.
“Düşünürəm ki, bu müharibə kifayət qədər uzun davam edəcək. Onun nə vaxt bitəcəyini təxmin edə bilmərəm”, – deyə baş nazir bildirib.
O qeyd edib ki, həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə danışıb və tərəflərin hadisələrə fərqli baxışı olduğunu vurğulayıb.
Nazir beynəlxalq təhlükəsizlik mühitinin pisləşdiyini, hərbi münaqişələrin sayının artdığını da bildirib.
“Ümid edirəm ki, heç kim münaqişə atom bombasının istifadə olunacağı həddə qədər böyüməz”, – deyə o, əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.