AZ

“Trampın Netanyahunun əlində oyuncaq olduğunu deyənlər anlamırlar ki...”

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Digər tərəfdən Tramp Çindən qayıdıb öz addımlarını korrektə etməlidir. Və ağla gələsi deyil ki, bunu belə tezliklə edə bilsin...” 

Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə ABŞ prezidentinin Çinə səfəri, bu səfərin ABŞ-İran qarşıdurmasına mümkün təsirləri, Hörmüz boğazında yaranmış durumun region və dünyada baş verənlərə təsirinin mahiyyəti və perspektivi və s. haqda danışdıq.

(Əvvəli burada:)

-Hörmüz boğazının blokadasının Cənubi Qafqazdakı proseslərə xeyli mənada təsiri var. Bunu hansı arqumentlərlə təsdiqləyə bilərsiniz?

-İlk növbədə onu demək gərəkdir ki, Cənubi Qafqazdan keçən tranzit yollarının bağlanması birbaşa ABŞ-ın gizli siyasətlərindən biridir. Tranzit  yolların işləməsi İrana gedən yüklərin və malların ora çatması deməkdir. Bu isə öz iqtisadiyyatını və xarici siyasətini Çin və Rusiyaya əməkdaşlığına bağlamış İranın həm texnoloji, həm də hərbi inkişafına təkandır. Əlbəttə ki, ABŞ-ın analitik mərkəzləri bunu görür və  qarşısını almağa çalışırlar. Bundan əlavə, Cənubi Qafqaz tranzitinin logistikası Avropa İttifaqına Türkiyə vasitəsi ilə Şərqdən gələn ilk növbədə Çin yuklərinin və neft və qaz  kəmərləri vasitəsilə yanacağın çatdırılmasına şərait yaradır. Aydındır ki, ilk növbədə bu tranzitlərin işləməsi ABŞ-ın strateji marağında deyil...

Maraqlı bir fakt: 2025-ci il dekabr ayın 22 –də Şimal-Cənub tranziti  vasitəsi ilə Rusiya, Çin, Qazaxıstan  Türkmənistandan keçən dəmir yolu ilə İrana yüklər və mallar göndərildi. Nəticədə 28 dekabrda ABŞ İrana qarşı devalvasiya əməliyyatı həyata keçirdi və agentləri vasitəsilə xalqı Tehran və başqa şəhərlərin küçələrinə  tökdü. Sonra isə İran rejiminə qalib gələ bilmədiyini görüb müharibəyə əl atdı. Əslinə qalsa, ABŞ/İsrail-İran müharibəsinin əsas səbəblərindən biri məhz tranzitlərin qabağını almaqdır. Hadisələrə bu mövqedən yanaşsaq, çox maraqlı faktlarla üzləşərik...

Gəlin qayıdaq Cənubi Qafqaza. ABŞ yanacağın tranzitinin qarşısını almasa, Hörmüzün blokada siyasəti heçə enir. Hörmüz blokadası, təkrar edirəm, neftin qiymətin qaldırmaq üçün  ən gözəl geo-siyasi üsuldur.

Cənubi Qafqazdan Aİ-yə daşınılan neft və qaz ABŞ-ın nail olduğu “yüz dollardan yuxarı tarif” qiymətlərini aşağı salır. Siz bilən, ABŞ buna yol verər? Heç vaxt. Qazaxıstan bütün hallarda Ukraynanın yanındadır və bu ölkəni müəyyən mənada dəstəkləyir. Bəs onda Rusiya ilə Ukraynaya görə konfliktə girən prezident Tokayevin Krasnodar vasitəsi ilə Aİ-yə çatdırılan neft kəmərini Zelenski vurdurdu. Onun elə bu addımı onu göstərdi ki, o, ABŞ-ın əlində oyuncaqdır və onun dediklərini etməlidir.   

Neftin və qazın bugünkü qiymətini saxlamaq üçün ABŞ bütün ölkələrə təzyiq göstərir və vadar etmək istəyir ki, o deyənləri etsinlər...

-Bir az əvvəl İsrailin "12-ci Kanal" televiziyası məlumat yayıb ki, guya ABŞ Prezidenti Donald Tramp yaxın 24 saat ərzində İrana qarşı hərbi zərbələrin yenidən bərpa olunması barədə yekun və qəti qərarını qəbul edəcək. Bu barədə nə düşünürsüz? 

-İsrailin “12-ci kanalı” öz dövlət marağından çıxış edən bir media vasitəsidir və əlbəttə ki, istədiyi informasiyanı yaya bilər. Bu kanalın verdiyi bir xəbər əsasında prezident Donald Trampın guya yaxın 24 saat ərzində İrana qarşı hərbi zərbələrin yenidən bərpa olunması barədə yekun və qəti qərarını qəbul edəcəyinə inanmaq  gülüncdür. Belə alınır ki, İsrail ABŞ-ın bütün addımlarını bilən dövlətdir. Düzdür,  ABŞ-la İsrail İrana qarşı eyni mövqedədirlər, ancaq əsas qərarı Pentaqon verir, Tramp isə onun icracısıdır. Digər tərəfdən Tramp Çindən qayıdıb öz addımlarını korrektə etməlidir. Və ağla gələsi deyil ki, bunu belə tezliklə edə bilsin. Çinə onun səfərinin mahiyyəti isə bu günə qədər sirr qalır. Necə ola bilər ki, bu tezliklə qərar qəbul etsin. Ola bilsin Hörmüzü blokada da saxlaması üçün qısamüddətli toqquşmalar olsun. Ancaq bu informasiyanın düzgünlüyünə ciddi yanaşmaq lazım deyil...

-Doğrudanmı ABŞ lideri bu qədər ağlını itirib və Netanyahunun təhriki ilə İrana qarşı növbəti hərbi əməliyyatlara başlaya bilər?

-ABŞ liderinin özünü bu cür aparmasına baxmayın. Tramp Hörmüzdə öz məqsədlərinə nail olub, iqtisadi cəhətdən də neftin - qazın qiymətini qaldırmaqla ölkəsinə külli miqdarda pul gətirib.

Trampın Netanyahunun əlində oyuncaq olduğunu deyənlər anlamırlar ki, ABŞ böyük bir laynerdir və onun tutduğu yoldan qaytarmaq qeyri-mümkündür. Çünki getdiyi yol ancaq ona məlumdur...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
moderator.az

2Mənbələr